Serbiya Balkanlarda gərginliyin artması səbəbindən silah ixracını 30 gün müddətinə dayandırıb.
Lent.az xəbər verir ki, bu barədə “Associated Press” Serbiyanın müdafiə naziri Miloş Vuçeviçin bəyanatına istinadən məlumat yayıb.
"Serbiya 30 gün müddətinə bütün silah ixracını dayandırıb... İxrac qadağası Serbiya ordusunun ehtiyaclarını ödəmək və Balkan regionunda alovlanan böhran kontekstində döyüş hazırlığını artırmaq üçün lazımdır", - o deyib.
Vuçeviç eyni zamanda vurğulayıb ki, belə bir addım Serbiyanın döyüşməyə hazır olması demək deyil, lakin ölkə bütün riskləri öyrənir və təhlükəsizliyini təmin etmək üçün hər şeyi edir.