Bu ölkə pandemiya ilə bağlı məhdudiyyətləri müvəqqəti ləğv edir
14 aprel 2022 20:36 (UTC +04:00)

Bu ölkə pandemiya ilə bağlı məhdudiyyətləri müvəqqəti ləğv edir

Yunanıstanda yay fəslində koronavirusla bağlı bəzi məhdudiyyətlər ləğv ediləcək.

Lent.az-ın xəbərinə görə, bu barədə ölkənin səhiyyə naziri Tanos Plevris bildirib. 

Nazir qeyd edib ki, turizm mövsümündə ticarət mərkəzlərinə giriş üçün vaksin sertifikatı və maska tələb olunmayacaq. 

Mayın 1-dən avqustun 31-dək restoran, bar və ticarət mərkəzlərinə giriş üçün vaksin sertifikatı tələb olunmayacaq. İyunun 1-dən isə qapalı məkanlarda maska tələbi ləğv ediləcək. Ölkəyə giriş üçün vaksin sertifikatı tələbi isə qüvvədə qalır.  

Nazir qeyd edib ki, sentyabrda vəziyyət yenidən təhlil edilərək müvafiq qərar veriləcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1641
avatar

Oxşar yazılar