Britaniyanın YENİ KRALI kimdir? - DOSYE
10 sentyabr 2022 09:58 (UTC +04:00)

Britaniyanın YENİ KRALI kimdir? - DOSYE

Böyük Britaniyada taxta çıxan Çarlz Filip Artur Corcun ömür yoluna nəzər salaq.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı – kral taxtında III Karl adı ilə oturacaq Çarlz 1948-ci il noyabrın 14-ü Londonda doğulub.

Kembric Universitetində incəsənət üzrə ali təhsil alıb. Kral Hava Qüvvələri və Kral Donanmasında xidmət edib.

1981-ci ildə Diana Spenserlə ailə qurub. Bu nikaha 1996-cı ildə son verilib, şahzadə Diana 1997-ci ildə avtomobil qəzasında həlak olub.

Çarlzın Dianadan iki oğlu var: şahzadə Uilyam və şahzadə Harri.

2005-ci ildə Çarlz Kamilla Parker Boulzla evlənib.

1952-ci ildən Böyük Britaniyaya Çarlzın anası II Yelizaveta kraliçalıq edib.

II Yelizaveta 2022-ci il sentyabrın 8-də dünyasını dəyişib.

Kral İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanı birləşdirən Böyük Britaniya ilə yanaşı vaxtilə Britaniya imperiyasına daxil olmuş bir çox ölkənin də, o cümlədən Avstraliya, Yeni Zelandiya, Kanadanın dövlət başçısı sayılır.

69 milyon nəfərə yaxın əhalisi olan Böyük Britaniyada hökumət parlamentin alt qanadı olan İcmalar Palatasına seçkinin nəticələri əsasında qurulur. Hazırda Mühafizəkarlar Partiyasının lideri Liz Trass baş nazirdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4193

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu,  axtarışa verildi

Lotereyadan 6 milyon uddu, axtarışa verildi

9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez  bitəcək

Bu gün gündüz 2 saniyə tez bitəcək

9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə  başlaya bilər

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi

Adana bələdiyyəsinin sədri həbs edildi

8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT:  mühərrik kişini doğradı

Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı

8 iyul 2025 , 18:03