Boris Conson Ukraynaya 100 milyon funt sterlinq dəyərində əlavə hərbi yardım ayrıldığını bildirib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Britaniyanın Baş naziri Boris Conson Ukraynada dəmiryol vağzalının bombalanmasının ardından ölkəsinin Ukraynaya yeni yardımını açıqlayıb.
Conson bu yardımın 100 milyon funt-sterlinq dəyərində olduğunu bildirib. Baş nazir bildirib ki, Böyük Britaniya əlavə hərbi texnika, o cümlədən “Starstreak” zenit raketləri və 800 tank əleyhinə raket göndərəcək.