Braziliya və Almaniya səkkiz ildən sonra yüksək səviyyəli hökumətlərarası məsləhətləşmə mexanizmini yenidən işə salmaq barədə razılığa gəliblər.
Lent.az xəbər verir ki, bu barədə Braziliya lideri Luiz İnasiu Lula da Silvanın mətbuat xidməti məlumat yayıb.
"Müxtəlif nazirliklərin nümayəndələrinin iştirak edəcəyi görüş 2023-cü il dekabrın 4-nə planlaşdırılıb", - Lula da Silva Almaniya kansleri Olaf Şoltsla Avropa İttifaqı-Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyi (CELAC) çərçivəsində keçirilən görüşdən sonra verdiyi açıqlamada bildirib.
Qeyd edildiyi kimi, bu, Angela Merkelin Almaniya hökumətinin başçısı olduğu dövrdə yaradılan mexanizm çərçivəsində ikinci görüşdür.
İndiyədək ilk və son görüş 2015-ci ilin avqustunda Braziliyada baş tutub.
Qeyd olunur ki, yüksək səviyyəli hökumətlərarası məsləhətləşmələrin bərpasının təşəbbüskarı Berlin olub.