Böcək dişləməsindən sonra DİAQNOZ QOYULDU:  1 il ömrün qalıb
26 yanvar 2023 05:10 (UTC +04:00)

Böcək dişləməsindən sonra DİAQNOZ QOYULDU: 1 il ömrün qalıb

İngiltərənin Şeffild şəhərinin sakini, 49 yaşlı Deyv Uitforda ölümcül diaqnoz qoyulub.

Lent.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

Həmin şəxsin qəfildən başgicəllənməsi və ürəkbulanması olub.

O, xəstəxanaya gedib və qulağında həşərat dişləməsi nəticəsində infeksiya olduğunu öyrənib.

Deyv Uitfordun vəziyyəti pisləşdiyi üçün həkimlər əlavə müayinə keçirib və bu zaman onun beynində şiş aşkar ediblər.

Formasiya böyüməyə başlayanda həkimlər onu çıxarmağa qərar verdilər.

Yalnız əməliyyat zamanı cərrahlara məlum olub ki, Uitford xərçəng xəstəliyinə tutulub və bütün bu müddət ərzində o, sağalmaz beyin şişindən əziyyət çəkir.

Ona12-18 ay ömrünün qaldığı bildirilib.

O indi doğum gününü görməyəcəyindən qorxaraq yubileyini əvvəlcədən qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2277
avatar

Oxşar yazılar