BMT Təhlükəsizlik Şurası, Böyük Britaniya, Fransa və ABŞ "Taliban" a müraciət edərək, yerli və əcnəbilərin Əfqanıstandan sərbəst və təhlükəsiz çıxmasını təmin etmək öhdəliklərini yerinə yetirməyə çağıran qətnamə qəbul edib.
APA xəbər verir ki, 13 dövlət qətnamənin lehinə səs verib, Rusiya ilə Çin bitərəf qalıb.
Qətnamədə bildirilib ki, BMT Təhlükəsizlik Şurası avqustun 26-da Kabul hava limanı yaxınlığındakı hücumları şiddətlə qınayır: “BMT Təhlükəsizlik Şurası “Taliban”ın 27 avqust tarixli bəyanatını nəzərə alır. Burada “Taliban” əfqanların xaricə gedə biləcəyinə, istədiyi vaxt Əfqanıstanı tərk edə biləcəyinə və ölkəni hər iki sərhəd keçidi ilə tərk edə biləcəyinə dair söz verib. İnsanların Kabildə yeni açılan və təhlükəsiz hava limanı vasitəsi ölkəni tərk etməsinə heç kim mane olmayacaq”.
Qətnamədə, həmçinin, “Taliban”ın yerli və xarici vətəndaşların təhlükəsiz və nizamlı şəkildə çıxması da daxil olmaqla bütün digər öhdəliklərə əməl etməsinin gözlənildiyi vurğulanıb.