Biznesmenin 20 milyonunu  alıb ayağını qırdılar
03 mart 2023 11:30 (UTC +04:00)

Biznesmenin 20 milyonunu alıb ayağını qırdılar

0

Rusiyanın Moskva vilayətində dörd naməlum şəxs iş adamına hücum edərək ondan 20 milyon rubl alıb. 

Lent.az yerli KİV-ə istinadla bildirir ki, daha sonra onlar biznesmenin ayağını sındırıb.

Hadisə Krasnoqorskda baş verib. Məlumata görə, sahibkar təcili olaraq valyuta almaq qərarına gəlib. O, öz köməkçisi olan qıza niyyətini söyləyib. Qız tez bir zamanda mübadilə edə biləcək insanlar tapıb.

İş adamı banka gələrkən kombinezonlu şəxslər onu yerə yıxaraq bütün pulları götürüblər. Bundan sonra iş adamının ayağını sındıraraq qaçıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1961

Oxşar yazılar