Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Dondar Quşçu kəndində baş verib.
1990-ci il təvəllüdlü Xəyal Məhərrəmov, 1994-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 2014-cü il təvəllüdlü Gülay Bayramova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə onlar qarpız yedikdən sonra zəhərləniblər.