“Cəbhət ən-Nusra” terror qruplaşması Suriyanın İdlib bölgəsindəki bir sıra cəmləşmə rayonlarına ardıcıl 17 dəfə hücum əməliyyatı təşkil edib.
APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Barışıq Mərkəzinin rəis müavini kontr-admiral Vyaçeslav Sıtnik bildirib.
O qeyd edib ki, “Cəbhət ən-Nüsrə” terror qrupunun üzvlərinin öz mövqelərindən İdlib istiqamətinə 17 hücumu qeydə alınıb.
RİA Novosti-nin məlumatına görə, hücumlardan :10-u İdlibin mərkəzi hissəsinə, 5-i Latakiyaya, 1-i Hama əyalətinə, 1-i isə Hələbə yönəldilib.
Qeyd edək ki, terrorçuların hücumu Suriya Prezidenti Bəşər Əsədin ölkədəki gərginliklə bağlı verdiyi açıqlamadan sonra gerçəkləşib. Əsəd bildirib ki, Suriyada müharibə hələ də bitməyib: “Terrorçuların liderləri bunu uzun müddət davam etdirmək niyyətindədirlər”.