Belçikada “Kinder” şokoladlarının istehsalı dayandırıldı – SƏBƏB  
09 aprel 2022 01:47 (UTC +04:00)

Belçikada “Kinder” şokoladlarının istehsalı dayandırıldı – SƏBƏB 

Belçikanın Qida Təhlükəsizliyi Agentliyi (AFSCA) İtaliyanın “Ferrero” şirkətinin “Kinder” şokoladları istehsal edən zavodunun fəaliyyətini dayandırıb. 

Lent.az-ın xəbərinə görə, Agentlik bunu istehsalçı şirkətin qidada aşkar edilmiş Salmonella bakteriyalarına dair ətraflı izahat verməməsi ilə izah edib.

Bu səbəbdən Arlon şəhərindəki zavodda istehsal dayandrılıb, “Kinder” markalı məhsullar satışdan yığışdırılıb. 

Qeyd edək ki, “Kinder” şokoladı ilə salmonellaya yoluxma barədə 61 frak Britaniyada, 21 hal Fransada, 15 hal Belçikada qeydə alınıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1806
avatar

Oxşar yazılar