Belarus və Rusiya silahlı qüvvələrinin aviasiya bölmələri ilə birgə taktiki uçuş təlimi yanvarın 16-dan fevralın 1-dək keçiriləcək.
Lent.az-ın xəbərinə görə, bu barədə Belarus Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Taktiki uçuş təliminə Belarus Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının bütün aerodromları və poliqonları cəlb olunacaq.