Begemot qayığı aşırdı, 24 nəfər öldü
20 may 2023 14:01 (UTC +04:00)

Begemot qayığı aşırdı, 24 nəfər öldü

Cənubi Afrikada yerləşən Malavi Respublikasında 24 nəfərin həyatına son qoyan faciə baş verib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Mozambiklə sərhəddə olan Şire çayını keçən böyük begemot 34 nəfərin olduğu qayığa çırpılıb. Qayıqda olan 13 sərnişin qaça bilib, 23 nəfər isə itkin düşüb. Xilasedicilər faciədən sonrakı ilk saatlarda bir yaşlı körpənin cəsədini çıxarıblar.

Qeyd olunur ki, BMT-nin ərzaq missiyasının əməkdaşları sərnişinlərin xilas edilməsi və batanların axtarışında iştirak ediblər.

Yerli sakinlər qeyd edirlər ki, begemotlar burada mütəmadi olaraq problem yaradır və hökumətə heyvan populyasiyasının bir hissəsinin başqa ərazilərə köçürülməsi ilə bağlı müraciət edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1800
avatar

Oxşar yazılar