Nigeriyanın Taraba əyalətində, Benue çayında qayıq aşıb.
Lent.az xəbər verir ki, bu barədə "Daily Trust" məlumat yayıb.
Bildirilib ki, Mayorenero bölgəsindəki balıq bazarından Taraba əyalətinə qayıdan 100-dən çox sərnişini daşıyan qayıq aşıb.
Qayığın batması nəticəsində 15 nəfər həyatını itirib.
Ölənlərin sayının artacağı ehtimal olunur.