Sudanın Omdurman şəhərində bazarın atəşə tutulması nəticəsində azı 34 nəfər həlak olub.
Lent.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli səhiyyə orqanlarına istinadla məlumat yayıb.
Ölənlər arasında uşaqlar da var. Zərərçəkənlərin və ölənlərin əksəriyyəti satıcılar və yük maşını sürücüləri olub. Başqa təfərrüat açılanmayıb.