Co Bayden
09 aprel 2022 12:29 (UTC +04:00)

Co Bayden

Baydendən Rusiya və Belarusa qarşı SANKSİYA

ABŞ Prezidenti Co Bayden Rusiya və Belarusa qarşı əlavə sanksiyaları nəzərdə tutan iki qanun layihəsini imzalayıb.

Lent.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qanun layihələrindən biri Rusiya və Belarusla normal ticarət əlaqələrini dayandıraraq, bu ölkələrdən idxala rüsumların artırılmasına zəmin yaradır.

Digəri isə Rusiyadan enerji məhsullarının, o cümlədən neft, kömür və təbii qazın idxalını qadağan edir.

Senat yekdilliklə hər iki qanun layihəsini təsdiqləyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2421
avatar

Oxşar yazılar