Bayden korrupsiya ittihamlarına cavab verdi - Pul haradadır?
09 iyun 2023 07:47 (UTC +04:00)

Bayden korrupsiya ittihamlarına cavab verdi - Pul haradadır?

ABŞ Prezidenti Co Bayden Respublikaçılar Partiyasının onun korrupsiyada əli olması ilə bağlı iddialarının cəfəngiyyat olduğunu bildirib.

Lent.az xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunakla birgə mətbuat konfransında bildirib.

"Pul haradadır? Zarafat edirəm. Bu cəfəngiyyatdır”, - deyə o bildirib.

ABŞ prezidenti həmçinin əmin edib ki, o, heç vaxt ABŞ Ədliyyə Nazirliyinin qərarlarına təsir etməyə çalışmayıb.

Xatırladaq ki, Nümayəndələr Palatasının Nəzarət Komitəsinin rəhbəri Ceyms Komer Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Reyə istinad edərək bəyan edib ki, o, Baydenin korrupsiyada iştirakını təsdiq edən sənədlərin (forma FD-1023) mövcudluğunu göstərəcək.

Komer daha əvvəl də ABŞ Prezidenti və ailəsinin Çindən milyonlarla dollar aldığını bildirib.

# 1050
avatar

Oxşar yazılar