Bayden 2004-cü ildə baş verən yanğında az qala həyat yoldaşını, avtomobilini və pişiyini itirdiyini bildirib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Maui adasındakı şiddətli yanğınlardan sonra gəldiyi Havayda çıxış edən ABŞ prezidenti Co Bayden yerli sakinlərlə görüşüb. Co Bayden bildirib ki, 15 il əvvəl evində baş verən yanğında az qala həyat yoldaşını, avtomobilini və pişiyini itirəcəkdi. Baydenin sözlərinə görə, ildırım evi vurub və naqilləri zədələyib. Nəticədə, prezidentin dediyinə görə, o, az qala həyat yoldaşı Cillini, 1967-ci ildə istehsal olunmuş “Corvette” markalı avtomobilini və bir pişiyini itirəcəkdi. Maraqlıdır ki, 2004-cü ildə Amerika mediasının nəşrlərində ildırımdan yanğın zamanı senator Baydenin evinə demək olar ki, ziyan dəymədiyi bildirilirdi. Belə ki, “yanğın yalnız evin mətbəxini əhatə edib. Hadisə zamanı xəsarət almayan Baydenin həyat yoldaşı yanğınsöndürənləri tək çağırıb. Yanğın 20 dəqiqə ərzində nəzarətə götürülüb.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden vətəndaşları Kaliforniyada gözlənilən Hillari tropik qasırğasını ciddi qəbul etməyə, federal və yerli rəsmiləri dinləməyə çağırıb. ABŞ rəhbəri bildirib ki, o, artıq Kaliforniya qubernatoru Qevin Nyusomla fırtına zamanı təhlükəsizliyin təmin edilməsinə yönəlmiş zəruri tədbirləri müzakirə edib.