Batan gəmidən 28 nəfər xilas edildi
17 mart 2022 22:41 (UTC +04:00)

Batan gəmidən 28 nəfər xilas edildi

0

İran Fars Körfəzində batan Birləşmiş Ərəb Əmirliyinə məxsus gəminin ekipajından 28 nəfəri xilas edib. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, batan gəmidə 30 ekipaj üzvü olub. 28 nəfər xilas olunaraq Buşəhr şəhərinə gətirilib.

Qəzada 1 nəfər həyatını itirib, 1 nəfər itkin düşüb. 

Qeyd olunub ki, fırtına səbəbindən itkin düşən gəmiçinin axtarışları  müvəqqəti dayandırılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2310

Oxşar yazılar