Çin Bankının (Bank of China) idarə heyətinin keçmiş sədri Li Lianq rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Lent.az xəbər verir ki, order Çinin Ali Xalq Prokurorluğu tərəfindən verilib.
Sabiq məmur ölkədə ən böyük banklardan birində partiya katibi vəzifəsini də tutub. Lianq korrupsiyada, rüşvət almaqda və qanunsuz kreditlər verməkdə şübhəli bilinir.