Rusiyanın Nijni Novqorod vilayətində su anbarında dəhşətli faciə baş verib.
Lent.az yerli mətbuata istinadən xəbər verir ki, 68 yaşlı balıqçı buzun içində donaraq ölüb.
Fövqəladə Hallar Nazirliyinin regional departamentindən bildirilib ki, Afonino kəndindən balıqçı “VAZ 2109” markalı avtomobillə balıq tutmağa gedib, lakin evə qayıtmayıb.
Balıqçının axtarışlarına polis əməkdaşları ilə yanaşı, 3 (“Lynx”, “Vonteer” və “Liza Alert”) axtarış-xilasetmə qrupu cəlb edilib.
Təəssüf ki, axtarış nəticəsiz qalıb. Onun meyiti növbəti gün Kstovski rayonunun Nikulskoye kəndi yaxınlığındakı göldə buz qatı altında donmuş halda tapılıb.
Ekspertiza müəyyən edib ki, balıqçı suya yıxılaraq xəsarət alıb. Yaxınlıqda kimsənin olmadığından köməyə yetişən olmayıb. Kişi donaraq ölüb.