"The Economist” jurnalı 2021-ci il üçün hazırladığı hesabatda dünyanın ən təhlükəsiz şəhərlərini açıqlayıb.
“The Economist Intelligence Unit” analitik mərkəzi ilə “The Economist” dərgisinin birgə hazırladığı hesabatda Bakı “Təhlükəsiz Şəhərlər İndeksi 2021” (Safe Cities Index) reytinqinə görə dünyanın 70 ən təhlükəsiz şəhərləri sırasındadır. Reytinqdə göstərilən şəhərlər səhiyyə və şəxsi təhlükəsizlik, infrastruktur təhlükəsizliyi, rəqəmsal təhlükəsizlik olmaqla 4 göstərici üzrə 56 indikatora əsasən dəyərləndirilib.
Məşhur jurnal hər iki ildən bir bu şəhərlərin siyahısını hazırlayır. Bu ilki hesabatda Danirmarkanın paytaxtı Kopenhagen 82.4 balla birinci yeri tutub. Siyahıda Bakı şəhəri 52-ci yeri tutub.
Qeyd edək ki, Postsovet məkanından yalnız iki şəhər - Bakı və Moskva bu siyahıda qiymətləndirilmək səviyyəsinə yüksələ bilib.
Lent.az sizə ilk onluğu təqdim edir.
1. Danimarka, Kopenhagen
2. Kanada, Toronto
3. Sinqapur
4. Avstraliya, Sidney
5. Yaponiya, Tokio
6. Hollandiya, Amsterdam
7. Yeni Zelandiya, Vellinqton
8. Çin, Honkonq
9. Avstraliya, Melburn
10. İsveç, Stokholm
Sevinc Fərid