Ukraynanın millətçi “Azov” alayının əsas ideoloqlarından biri Nikolay Kravçenko öldürülüb.
Lent.az Rusiyanın telegram kanallarına istinadla bildirir ki, bu barədə onun dostları və komandiri Andrey Biletski məlumat verib.
Məlumata görə, Nikolay Kravçenkonu Mariupolda "Donetsk Xalq Respublikası"nın qüvvələri öldürüb. Rəsmi olaraq Ukrayna hakimiyyəti hələlik bu məlumatı təsdiqləməyib. Rusiya Müdafiə Nazirliyi də bu məsələyə münasibət bildirməyib.
Eyni zamanda məlum olub ki, Ukrayna hakimiyyəti Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə Mariupoldan yeni humanitar dəhlizin təşkil olunması ilə bağlı razılaşa bilməyib. İki min mülki şəxs avtomobil vasitəsilə şəhəri tərk edə bilib.