Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovina və Portuqaliya yığmaları arasında keçirilən oyun zamanı Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo azarkeşin hücumuna məruz qalıb.
Lent.az xəbər verir ki, birinci hissənin sonunda əlində telefon tutan azarkeş meydançaya qaçıb. O, Ronaldonu tutdu, lakin stüardlar onu sürətlə oyunçudan uzaqlaşdırdılar.
Görüş 5:0 hesabı ilə Portuqaliyanın xeyrinə başa çatıb.
Portuqaliya millisi 2024-cü ilin yayında Almaniyada keçiriləcək Avropa çempionatına vaxtından əvvəl irəliləyə bilib. Portuqaliyalılar hazırda 24 xalla qrupda birinci yerdədir. Bosniya və Herseqovina 9 xalla beşinci yerdədir.