Ay barədə yeni kəşflər bütün fikirləri alt-üst etdi
06 sentyabr 2023 18:11 (UTC +04:00)

Ay barədə yeni kəşflər bütün fikirləri alt-üst etdi

7

Hindistanın Aya enmiş aparatı alimlərin peyk barəsindəki fikrini dəyişib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, kosmik aparatın peykdəki tədqiqatları alimlərin Ay barəsindəki fikirlərini alt-üst edib.

Belə ki, Ay səthində temperatur gözləntidən çox yüksək olub. Ayın cənub qütbündə 10 sm dərinlikdə temperatur 70 dərəcəyə çatıb. Alimlər isə temperaturun 10-30 dərəcə limitində olduğunu hesab edirdilər.

Qeyd edək ki, avqustun 23-də Hindistanın kosmik aparatı Ayın cənub qütbünə enib. Bununla Hindistan SSRİ, ABŞ və Çindən sonra Aya uçmuş dördüncü dövlət statusunu alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
7
# 21168

Oxşar yazılar