Avtomobil satışında tarixi minimum  
21 aprel 2022 02:44 (UTC +04:00)

Avtomobil satışında tarixi minimum  

Avropa İttifaqında mart ayında 844 187 yeni avtomobil satılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,5% azdır. 

Lent.az-ın xəbərinə görə, statistikanı Avropa Avtomobil İstehsalçıları Assosiasiyası yayıb. 

Qurum bildirir ki, martda satılan avtomobil sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə azdır. Bu həm də, 1990-cı ildən sonra qeydə alnmış ən aşağı göstəricidir. 

Satışların azalması ölkələr üzrə kəskin şəkildə fərqlənir. Geriləmə Polşada 17,4%, Almaniyada 17,5%, Belçikada 17,7%, Fransada 19,5%, İtaliyada 29,7%, İspaniyada 30,2%, İsveçdə isə 39,5% olub. 

Markalar üzrə gerilməməyə gəlincə: qitənin ən böyük avtomobil istehsalçıları olan “Volkswagen”in satışları 24,3% azalıb.  
Regionun ikinci avtomobil istehsalçısı olan “Stelantis” qrupunun satışları 33, bazar payı 20% geriləyib. 
“Renault” qrupunun satışları isə 14,5% geriləyib.

Ümumilikdə il başlayandan qitədə 2 milyon 240 min təzə avtomobil satılıb ki, bu da ötən ilin müvafiq dövründəkindən 12,3% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1905
avatar

Oxşar yazılar