Nigeriyada avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 20 nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə Nigeriyanın “Punch” qəzeti məlumat yayıb.
Qəzetin yazdığın görə, qəza bazar günü Laqos-Badaqri avtomobil yolunda baş verib. Avtobus sürücüsü ötmə əməliyyatı həyata keçirərkən idarəetməni itirərək yük maşınına çırpılıb.
Laqos ştatının nəqliyyata nəzarət direktoru qəza zamanı 20 nəfərin öldüyünü təsdiqləyib.