Perunun şimal-qərbində avtobusun uçurumdan aşması nəticəsində azı 15 nəfər ölüb. İyirmidən çox insan xəsarətlə xəstəxanalara çatdırılıb.
Lent.az xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.
Məlumata görə, San-Martin departamentindən Tumbes bölgəsinə gedən avtobusda 50 sərnişin və 2 sürücü olub.
Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Peru Quru Nəqliyyat İdarəsi araşdırmaya başladığını açıqlayıb.