Meksikanın cənubundakı Quintana Roo ştatında avtobusun traktorla toqquşması nəticəsində azı 8 nəfər ölüb, 15-dən çox adam yaralanıb.
APA xəbər verir ki, bu barədə Quadratin xəbər agentliyi məlumat yayıb.
Avtobus Lazaro Kardenas bələdiyyəsinin Tintal kəndi yaxınlığında aşıb. Avtobusda 45 sərnişin olub. Onların arasında Fransa və İsveçrə vətəndaşlarının da olduğu bildirilir.
Qəzanın mümkün səbəbləri barədə məlumat açıqlanmayıb.