Perunun qərbində avtobus 300 metrlik uçurumdan aşıb.
Lent.az xəbər verir ki, bu barədə yerli RPP radiostansiyası məlumat yayıb.
Hadsə nəticəsində 20 nəfər ölüb.
Bildirilib ki, nəqliyyat vasitəsindəki doqquz sərnişin sağ qalıb.
Polis ölənlərin meyitlərinin axtarışını davam etdirir. Hadisənin səbəbi hələlik müəyyənləşdirilməyib.