Aİ Rusiya neftindən mərhələli şəkildə imtina etmək niyyətindədir.
Lent.az-ın xəbərinə görə, bu barədə The New York Times (NYT) nəşri məlumat yayıb.
Qəzet yazır ki, mərhələli imtina Avropa ölkələrinə yeni təchizatçılarla danışıqlar aparmağa imkan verəcək.
Bununla belə, aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu başa çatanadək neft və qaz təchizatının qadağan edilməsinə dair heç bir müzakirə aparılmayacaq.