Avropa Komissiyası Maltaya pul müqabilində pasport verilməsinə son qoymaqla bağlı xəbərdarlıq edib.
Lent.az İsveçrənin “Le Matin” saytına istinadla xəbər verir ki, Komissiya 2020-ci ilin oktyabrında Kipr və Malta ilə bağlı təhqiqata başlayıb.
Hər 2 ölkədən “qızıl pasport” verilməsini dayandırmaq tələb edilib. Kipr Respublikası 2021-ci ildə bu proseduru dayandırsa da, Malta investisiya qarşılığında pasport verməyə davam edir.
Malta pasportu əldə edən şəxslər Aİ ərazisində sərbəst hərəkət edə bilirlər. Bundan əsasən Çin və Rusiya vətəndaşları faydalanır.
Komissiya Malta rəhbərliyinə yenidən xəbərdarlıq məktubu göndərilib. Məktubda göstərilir ki, 2 ay ərzində müvafiq tədbir görülməsə Avropa Ədalət Məhkəməsinə müraciət ediləcək.