Arktikada yeni adalar əmələ gətirə bilər - SƏBƏB
07 fevral 2024 01:46 (UTC +04:00)

Arktikada yeni adalar əmələ gətirə bilər - SƏBƏB

Danimarka Texniki Universitetinin alimləri araşdırıblar ki, kəskin iqlim dəyişikliyi Arktikada dəniz landşaftını dəyişmək iqtidarındadır. Nəticədə Qrenlandiya ətrafında çoxlu yeni adalar yarana bilər. Tədqiqat “Geophysical Research Letters” (GRL) elmi jurnalında dərc olunub.

Lent.az xəbər verir ki, mütəxəssislər Qrenlandiyada sualtı süxurların 2013-cü ildən 2023-cü ilədək 20 santimetr qalxdığını və bunun da yüz il ərzində 2 metr ekvivalentində olduğunu izah ediblər. Bir çox hallarda bu, buz örtüyünün itməsi hesabına baş verir.

Tədqiqat Qrenlandiya sahilləri boyunca yerləşən 61 ölçmə stansiyasından ibarət şəbəkənin – GNET-in məlumatına əsaslanır.

Buzlaqların təxminən 12 min il bundan əvvəl geri çəkilməsinə baxmayaraq, torpaq qatı buzların təzyiqinin azalması səbəbindən qalxmaqda davam edir.

Bundan başqa, qlobal istiləşmə səbəbindən buz qatının əriməsinin sürətlənməsi son iki onillik ərzində Qrenlandiya sahilləri boyunca quru ərazilərin daha sürətlə qalxmasına gətirib çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3750
avatar

Oxşar yazılar