17 iyun 2021 14:10 (UTC +04:00)

Antarktidada REKORD temperatur: -81,7 - Bu ölkələr TƏHLÜKƏDƏ...

“Son vaxtlar Antarktidada kəskin soyuqlar müşahidə olunur. Bu gün isə, iyunun 17-də buzlu materikdə temperatur rekord həddə çatıb -81,7 0C”

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Antarktida üzrə Baş elmi məsləhətçisi professor Con Kottl bildirib.

Professor qeyd edib ki, rekord mənfi dərəcə “Kupol Fuji” Stansiyasından, təxminən 2400 km məsafədə yerləşən “Scott” bazasında qeydə alınıb.

“Əgər insanlar stansiyadan bayıra çıxarsa, dərhal donacaq. Hazırda aşağı günəş aktivliyi səbəbindən dondurucu soyuq hava kütlələri Cənubi Amerika, Avstraliya və Yeni Zelandiyaya doğru irəliləyir”, deyə Kottl əlavə edib.

 “Maine” Universitetinin məlumatına görə, Antarktidada bu gün qeydə alınan temperatur 1979, 2000-ci illərdəki rekordu -3,8 0C geridə qoyub.

# 7503
avatar

Rəsul SARI

Oxşar yazılar