Türkiyənin Kocaeli vilayətində 3 uşaq anası doğuşdan sonra körpəsini bıçaqlayıb öldürüb.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, hadisə şəhərin İzmit qəsəbəsində baş verib. Belə ki, 3 uşaq anası olan 29 yaşlı M.T doğum sancılarından sonra evdə oğlan körpəsini dünyaya gətirib. Daha sonra isə o, yeni doğulan körpəsini bıçaqlayaraq öldürüb.
Hadisədən dərhal sonra xəstəxanaya aparılan qadın ilkin tibbi yardımdan sonra, Polis Bölməsinə aparılıb. Bölmədə isə izahatı alındıqdan sonra iş məhkəməyə göndərilib.