Almaniya Ukrayna üçün özəl şirkətlərdən  silah alacaq
20 aprel 2022 00:53 (UTC +04:00)

Almaniya Ukrayna üçün özəl şirkətlərdən silah alacaq

Almaniyanın Ukraynaya göndərə biləcəyi silah ehtiyyatları tükənib, lakin Kiyevin ehtiyaclarına yardım məqsədi ilə özəl hərbi texnika istehsalçıları ilə iş aparılacaq.

Lent.az-ın CNN-ə istinadən xəbərinə görə, bunu Almaniya kansleri Olaf Şolts Berlində keçirdiyi mətbuat konfransında deyib.

“Biz bu çatdırılmaların pulunu ödəmək niyyətindəyik”, - deyə kansler bildirib.

Şolts vurğulayıb ki, Almaniya Ukraynaya əhəmiyyətli təsir gücünə malik silahları artıq tədarük edib və silah istehsalçıları ilə Kiyevin tank əleyhinə və hava hücumundan müdafiə sistemləri ilə təmin edilməsi istiqamətində işləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1434
avatar

Oxşar yazılar