Braziliyanın paytaxtında iğtişaşlarda iştirak etdiyi üçün azı 30 nəfər saxlanılıb.
Bu barədə Lent.az CNN Brazil telekanalına istinadən xəbər verir.
Kanalın məlumatına görə, saxlananlar Parlamentin binasına soxulan və orada talan törədən şəxslərdir.
Bundan əlavə, telekanal prezident sarayının binasından əlləri qandallı çıxarılan aksiyaçıları da nümayiş etdirib. Federal Ali Məhkəmənin binasına daxil olan təxribatçılar hakimlərin cübbələrini oğurlayıblar.
Saxlanılan şəxslər avtobuslarla polis bölmələrinə aparılır.