Türkiyənin Aydın şəhərində ailələr arasında dava olub.
Lent.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
İki ailənin üzvləri şəhərin mərkəzində görüşərək mübahisə edib.
Mübahisə böyüdükcə tərəflər dəyənək və kəsici alətlərlə bir-birinə hücum edib.
Xəbərdarlıqdan sonra əraziyə polis və tibb qrupları göndərilib.
Ətraf rayonlardan gələn gücləndirmə qruplarının da müdaxilə etdiyi davada 11 nəfər yaralanıb.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.