Adnan Oktara rekord  HƏBS CƏZASI   - YENİLƏNİB
16 noyabr 2022 18:37 (UTC +04:00)

Adnan Oktara rekord HƏBS CƏZASI - YENİLƏNİB

Türkiyədə “Adnan hoca” kimi tanınan Adnan Oktara 8 658 il həbs cəzası verilib.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, onunla bağlı bu gün məhkəmədə yekun qərar çıxarılıb.

Məhkəmənin hökmü ilə  Adnan Oktar müştəşəkkil cinayətkar dəstə rəhbəri kimi ümumilikdə 8 658 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, o şəxsi cinayətlərinə görə 891 il həbs cəzası alıb.

***

14:27

Türkiyədə "Adnan hoca" kimi tanınan Adnan Oktar 891 il azadlıqdan məhrum edilib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, rayon məhkəməsi Adnan Oktarın cinayətkar təşkilatın lideri olması ilə bağlı ləğv edilmiş qərara yenidən baxıb.

Yenidən baxılan iş üzrə məhkəmənin qərarı açıqlanıb.

Adnan Oktar bir daha cinayətkar hesab edilərək 891 il həbs cəzasına məhkum edilib. 

Onun haqqında yekun qərar bütünlüklə oxunduqdan sonra dəqiqləşəcək.

Qeyd edək ki, Adnan adını verdiyi və Mehdi inancına dayanan kult hərəkatının qurucusu və lideridir. 1980-ci illərdə xalq tərəfindən tanınmağa başladı və cinsi istismar, şantaj və təhdid kimi cinayətlərin yanında zəngin uşaqları valideynlərindən ayırmaqla gündəmə gəldi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3951
avatar

Sevinc Fərid

Oxşar yazılar