Ada su qiymətinə satışa  çıxarıldı: lakin bir təhlükə var
15 yanvar 2026 15:50 (UTC +04:00)

Ada su qiymətinə satışa çıxarıldı: lakin bir təhlükə var

0

Möhtəşəm Eilyan-a-Çapuill adası (digər adı ilə At adası) Şotlandiyada Knapdeyl yarımadasının yaxınlığında yerləşir və 50 min funt sterlinqə satışa çıxarılıb. Lakin potensial alıcılara ciddi xəbərdarlıq edilib: tez dəyişən qabarma və çəkilmələr səbəbindən adaya giriş həyat üçün təhlükəlidir.

Lent.az xəbər verir ki, altı akr ərazisi olan adadan materikə, həmçinin qonşu Jura və Ayley (Islay) adalarına panoramik mənzərə açılır. Eilyan-a-Çapuill adasına çəkilmə zamanı piyada getmək və ya qayıqla çatmaq mümkündür. Ərazidə şəxsi qayıq dayanacağı (elinq), qalanın qalıqları və füsunkar təbii mənzərələr var.

Adanı Krinan, Kernbaan və Tayvalliç kimi kiçik, füsunkar kəndlər əhatə edir. Bu yerlər yaxtaçılar və turistlər arasında çox məşhurdur. Məsələn, Tayvalliç öz balıqçılıq icması, restoranları və yerli rəssamları ilə tanınır.

Adanın vəhşi təbiəti arasında marallar, qartallar və dəniz donuzları (porpoise) var. “Sothebys International Realty” isə Eilyan-a-Çapuill adasını “zəngin irsə və təbii möcüzələrə malik müstəsna təklif” kimi xarakterizə edir.

Daşınmaz əmlak agenti qeyd edib: “Bu ada həm regenerativ turizmin inkişafı üçün, həm də turist marşrutlarından uzaqda yerləşən şəxsi ailə mülkü kimi çox uyğundur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar