"Mənim üçün pul vacib deyil, Messini istəyirəm"  – “Əl-İttihad”ın prezidenti 
15 yanvar 2026 13:04 (UTC +04:00)

"Mənim üçün pul vacib deyil, Messini istəyirəm" – “Əl-İttihad”ın prezidenti 

0

“Əl-İttihad” klubunun prezidenti Ənmar Əl-Xaili Lionel Messi ilə nə olursa-olsun müqavilə imzalamaq istədiyini etiraf edib.

"Əgər Messi “Əl-İttihad”la müqavilə imzalamağa razı olsa, mən ona istənilən məbləğdə - istədiyi qədər pulla. İstənilən müddətə - hətta ömürlük belə müqavilə imzalaya biləcəyi bir müqavilə təklif edərdim”, - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, klub prezidenti deyib.

Ənmar Əl-Xailinin sözlərinə görə, pul onun üçün heç nə demək deyil: “Mən sadəcə Messini istəyirəm, çünki bu, futbol tarixinin ən böyük oyunçusunun komandamızda olması deməkdir".

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar