Hava limanında pula qənaət etməyin  üç ağıllı yolu
15 yanvar 2026 15:34 (UTC +04:00)

Hava limanında pula qənaət etməyin üç ağıllı yolu

0

Xaricdə istirahət bəzən təyyarə havaya qalxmadan belə xeyli xərc tələb edir. Transferlər, baqaj ödənişləri və hava limanındakı yemək-içmək xərcləri büdcəni sürətlə artıra bilər.

Lent.az xarici mediaya istinadla uçuşdan əvvəl xərcləri azaltmağın effektiv yolları barədə xəbər verir.

Yeməkdə qənaət

Əgər uçuşdan əvvəl hava limanında yemək yeməyi və içki içməyi planlaşdırırsınızsa, mütəxəssislər gözləmə zalına (lounge) giriş haqqı ödəməyi məsləhət görürlər. Bu, zal xidmətlərindən tez-tez istifadə edənlər üçün özünü doğrulda bilər.

Hesablamalara görə hava limanındakı mağaza və restoranlardan ayrı-ayrılıqda alış-veriş etmək əvəzinə gözləmə zalına daxil olan böyüklər adambaşına 10 funt sterlinqə (təxminən 13 dollar) qədər qənaət edə bilərlər.

Məsələn, Mançester Airportda öncədən bron edilmiş lounge girişi böyüklər üçün 40,99 funt sterlinqə (təxminən 55 dollar) başa gəlir. Bu məbləğə yemək, limitsiz çay, qəhvə və alkoqolsuz içkilər, eləcə də şərab, pivə və spirtli içkilərin seçimi daxildir. Restoranlarda isə bu xidmətlər xeyli baha ola bilər.

Alış-verişdə qənaət

Hava limanı əməkdaşları uçuş etdiyiniz hava limanının loyallıq proqramlarına qoşulmağı tövsiyə edirlər. Bu proqramlar vasitəsilə alış-verişlərdən bal yığmaq və gələcəkdə endirimlərdən yararlanmaq mümkündür.

Eyni zamanda, duty-free mağazalarına həddindən artıq aludə olmamaq tövsiyə edilir.

Araşdırmalara görə, bəzi məhsulların tövsiyə olunan pərakəndə satış qiymətləri süni şəkildə şişirdilir və bu da endirimləri olduğundan daha cəlbedici göstərir. Xüsusilə maye məhsulların mini ölçüləri sərfəli sayılmır, şampun, duş geli və günəşdən qoruyucu kremlərin kiçik qabları millilitrə görə baha başa gəlir.

Mütəxəssislər içkiləri və mayeləri böyük qablaşdırmada alıb, sonra onları kiçik, çoxistifadəli qablara tökməyi məsləhət görürlər.

Pulsuz su imkanı

Bahalı içkilərə pul xərcləməmək üçün boş butulkanı özünüzlə aparıb hava limanındakı pulsuz içməli su fontanlarından doldura bilərsiniz. Bu üsul sadə olsa da, xüsusilə uzun gözləmələr zamanı xeyli qənaət etməyə imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar