ABŞ və İran belə razılaşıbmış
14 aprel 2024 19:18 (UTC +04:00)

ABŞ və İran belə razılaşıbmış

İsrailə hücumdan əvvəl İran və ABŞ arasında Türkiyə vasitəsi ilə dialoqun aparıldığı üzə çıxıb.

Lent.az-ın xəbərinə görə, bu, Türkiyə Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda əksini tapıb.

Qeyd edilib ki, yaşanan hadisədən öncə İran və ABŞ rəsmiləri ilə müzakirə aparılaraq tərəflər təmkinli olmağa çağırılıb: “Ölkəmiz vasitəsilə tərəflərin qarşılıqlı gözləntiləri, mesajları çatdırılıb, reaksiyaların mütənasib olması üçün lazımi təşəbbüslər həyata keçirilib. Bu gün də biz İran rəsmilərinə və İsrailə təsiri olan Qərb ölkələrinə mesajlarımızı açıq şəkildə çatdırırıq, gərginliyə son qoymağa çağırırıq. Biz regionumuzun sabitliyinə daimi ziyan vuracaq və qlobal səviyyədə daha böyük münaqişələrə səbəb olacaq prosesin qarşısını almaq üçün səylərimizi davam etdirəcəyik. Türkiyə təhlükəsizliyinə təsir edə biləcək bu hadisəni yaxından izləyir və ölkə başçısı mütəmadi olaraq məlumatlandırılır”.

Bəyanatda Türkiyənin İsrailin Qəzzada apardığı müharibənin genişlənmə riski daşıdığına dair xəbərdarlıqları da xatırladılıb.

Xatırladaq ki, "Reuters" də İsrailə hücumdan əvvəl İranın Türkiyə vasitəsi ilə bu barədə ABŞ-ı məlumatlandırdığı və əməliyyatın Dəməşqdəki konsulluğuna hücuma cavab olacağı, mülki əhalinin və iqtisadi zonaların hədəf alınmayacağı barədə mesajını çatdırdığı barədə xəbər yayıb.

Qeyd edək ki, bu gün İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian qonşu ölkələrin 72 saat əvvəl İsrailə hücum barədə məlumatlandırıldığını da açıqlayıb.

 

Aprelin 13-dən 14-nə keçən gecə İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “Yer-Yer” tipli raket ilə hücum edib.

 

# 2292
avatar

Oxşar yazılar

Zelenski onu işdən çıxardı

Zelenski onu işdən çıxardı

10 may 2024 , 04:45
Çörək sexində atışma: Ölən var

Çörək sexində atışma: Ölən var

10 may 2024 , 03:50
Fəlakət dalğaları: Tarixin ən dağıdıcı  10 SUNAMİSİ

Fəlakət dalğaları: Tarixin ən dağıdıcı 10 SUNAMİSİ

9 may 2024 , 20:15
Zorlanan qadının ailəsi cinayətkarın evini yandırdı

Zorlanan qadının ailəsi cinayətkarın evini yandırdı

9 may 2024 , 18:38
Rusiya DİN Zelenski və Poroşenkonun axtarışını dayandırıb

Rusiya DİN Zelenski və Poroşenkonun axtarışını dayandırıb

9 may 2024 , 18:25
Bu ölkədə yenidən doğulmaq  qadağan edildi - Məzəli rəsmi qərar

Bu ölkədə yenidən doğulmaq qadağan edildi - Məzəli rəsmi qərar

9 may 2024 , 16:48
30 ildir  axtarışda olan terrorçu tutuldu

30 ildir axtarışda olan terrorçu tutuldu

9 may 2024 , 16:05
Qəhvə qiymətləri ən yüksək həddə çatdı

Qəhvə qiymətləri ən yüksək həddə çatdı

9 may 2024 , 13:13