ABŞ Rusiya  toqquşması ehtimalı   artır -  İDDİA
22 may 2022 08:02 (UTC +04:00)

ABŞ Rusiya toqquşması ehtimalı artır - İDDİA

0

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley bildirib ki, dünya gücləri arasında münaqişə riski artıb.

Lent.az “Fox News” telekanlına istinadən xəbər verir ki, o bu barədə “Milley West Point” hərbi akademiyasının məzunları qarşısında çıxış edərkən danışıb. 

“Biz indi iki dünya gücü ilə - Rusiya və Çinlə üz-üzəyik. Bu ölkələrin hər biri əhəmiyyətli hərbi potensiala malikdir və hazırkı qaydalara əsaslanan nizamı dəyişməkdə qərarlıdır”, - deyə general bildirib.

Mark Milleyin sözlərinə görə, Birləşmiş Ştatlar getdikcə qeyri-sabit dünyaya qədəm qoyur:

“Dünya böyük güclər arasında beynəlxalq münaqişə potensialına malikdir. Bu potensial azalmaqda deyil, artmaqdadır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1826

Oxşar yazılar