ABŞ Netanyahu hökumətini  devirməyə çalışan   təşkilatı maliyyələşdirir - Amerikalı senator
09 mart 2023 14:08 (UTC +04:00)

ABŞ Netanyahu hökumətini devirməyə çalışan təşkilatı maliyyələşdirir - Amerikalı senator

0

Respublikaçı senator Tom Kotton bildirib ki, Co Baydenin hazırkı administrasiyası və ABŞ Demokratlar Partiyası suveren İsrail dövlətinin demokratik proseslərinə birbaşa müdaxilə edir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, xüsusilə, o, deyib ki, Bayden administrasiyası İsrailin nüvə İranını dayandırmasına kömək etmək əvəzinə, demokratik yolla seçilmiş Benyamin Netanyahu hökumətini devirməyə çalışan solçu "Hakimiyyətin saflığı uğrunda hərəkat" təşkilatını maliyyələşdirir.

Maraqlıdır ki, o, indiki İsrail hökumətini sağ mərkəzçi kimi müəyyənləşdirir. Respublikaçı senator həmçinin hesab edir ki, Bayden administrasiyası Fələstin Administrasiyası üçün infrastruktur qurmaq üçün qeyri-kommersiya təşkilatlarına vəsait köçürməklə İsrailə qarşı ərəb terrorunu maliyyələşdirir və onları onlara pul köçürməsini dayandırmağa çağırır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1530

Oxşar yazılar