ABŞ prezidenti Co Bayden Ukrayna rəsmiləri ilə aylarla davam edən müzakirələrdən sonra Krıma zərbə endirmək üçün Kiyevin gücə ehtiyacı ola biləcəyini etiraf etməyə başlayıb.
Lent.az-ın xəbərinə görə, bu barədə “The New York Times” ABŞ rəsmiləri arasından olan anonim mənbəyə istinadən məlumat yayıb.
Mənbənin fikrincə, bu hərəkətlər münaqişənin gərginləşməsi riskini artırsa belə, Bayden belə bir addım ata bilər.