ABŞ-da təyyarə sərt eniş etdi: 7 nəfər xəstəxanaya aparıldı
10 sentyabr 2021 08:24 (UTC +04:00)

ABŞ-da təyyarə sərt eniş etdi: 7 nəfər xəstəxanaya aparıldı

ABŞ-ın Massaçusets ştatının Provinstoun şəhərində “Cape Air” aviaşirkətinə məxsus kiçikhəcmli sərnişin təyyarəsi sərt eniş edib. 

APA xəbər verir ki, bu barədə şəhər meri Aleks Morze “Facebook” səhifəsində bildirib.

Sərt enişə səbəb əlverişsiz hava şəraiti olub. Təyyarədə olan 6 sərnişin və 1 pilot xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilməyib.

# 1050
avatar

Oxşar yazılar