ABŞ-da təyyarə qəzası: 1 ÖLÜ, 2 YARALI
06 mart 2023 02:16 (UTC +04:00)

ABŞ-da təyyarə qəzası: 1 ÖLÜ, 2 YARALI

0

Bazar günü Nyu-York ştatında tək mühərrikli “Piper PA 28” təyyarəsinin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb. 

Lent.az-ın xəbərinə görə, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb.

Hadisə bazar günü yerli vaxtla saat 15:00 radələrində (Bakı vaxtı ilə 00:00) Lonq Aylenddə baş verib. Qəza zamanı təyyarənin göyərtəsində üç nəfər olub. Yerdə itki yoxdur.

Qəzanın səbəbləri araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1643

Oxşar yazılar