ABŞ-da sorğu keçirildi: "Nə Bayden, nə Tramp..."
09 avqust 2022 17:13 (UTC +04:00)

ABŞ-da sorğu keçirildi: "Nə Bayden, nə Tramp..."

ABŞ sakinləri arasında sorğu aparılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onların demək olar ki, yarısı – 47%-i Prezident Co Baydenin ikinci müddətinin uğurlu olmayacağını bildirib. Həmçinin Donald Trampın da Ağ Evə qayıtmasının ölkəyə yaxşı heç nə gətirməyəcəyini qeyd ediblər.

“YouGov” sosioloji institutun bu sorğusunun nəticələri “Yahoo News” portalında dərc edilib. Nəticələr göstərib ki, ABŞ-da hadisələrin bu cür dönüşü “ən pis ssenari” hesab olunur.

Rəyi soruşulan amerikalıların 54%-nin fikrincə, Co Bayden indi prezident kimi “zəifdir”. Demokrat Partiyası tərəfdarlarının 43%-i də Baydenin yeni namizədliyinə qarşı çıxıb. Öz növbəsində Respublikaçılar Partiyasının seçicilərinin 25%-i Trampın növbəti seçki kampaniyasını dəstəkləmir. Respondentlərin 34%-i isə son iki ildə Trampın mövqelərinin zəiflədiyini düşünür.

İndi ABŞ-ın hazırkı rəhbərinin işini amerikalıların cəmi 38%-i bəyənir ki, bu da onun inauqurasiyasından sonra ən aşağı göstəricidir. Öz növbəsində amerikalıların yarıdan çoxu (55%) bu fikirdədir ki, Bayden “ABŞ-ın üzləşdiyi problemlərin öhdəsindən gələ bilmir”.

# 1377
avatar

Oxşar yazılar

Hərbi reportyor öldü

Hərbi reportyor öldü

20 aprel 2024 , 01:50
Elçilikdə qızın qardaşı ov tüfəngi ilə vuruldu

Elçilikdə qızın qardaşı ov tüfəngi ilə vuruldu

20 aprel 2024 , 00:42
Minsk qrupunun ilk həmsədri öldü

Minsk qrupunun ilk həmsədri öldü

19 aprel 2024 , 21:27
Bu vulkan  hər gün göyə 6000 dollar   püskürür

Bu vulkan hər gün göyə 6000 dollar püskürür

19 aprel 2024 , 18:44
Qızardılmış sərçə  verən kafe qalmaqala səbəb oldu

Qızardılmış sərçə verən kafe qalmaqala səbəb oldu

19 aprel 2024 , 13:15
Ana 8 yaşlı oğlunu suda boğmaq  istədi

Ana 8 yaşlı oğlunu suda boğmaq istədi

19 aprel 2024 , 12:20
İran Dövlət Televiziyası: Heç bir nüvə obyekti  hədəfə alınmayıb

İran Dövlət Televiziyası: Heç bir nüvə obyekti hədəfə alınmayıb

19 aprel 2024 , 07:43
İsrail İrana raket zərbəsi  endirdi

İsrail İrana raket zərbəsi endirdi

19 aprel 2024 , 06:22