ABŞ-da Müstəqillik Günündə  QAN TÖKÜLDÜ
04 iyul 2022 21:46 (UTC +04:00)

ABŞ-da Müstəqillik Günündə QAN TÖKÜLDÜ

ABŞ-da Müstəqillik Günü ilə bağlı keçirilən paradda atışma zamanı ölənlər olub.

APA “New York Times” qəzetinə istinadən xəbər verir ki, İllinoys ştatının “Highland Park” ərazisində baş verən hadisə nəticəsində iki nəfər ölüb.

Hadisədən sonra parad ləğv edilib.

Yerli hakimiyyət paradın ləğv edildiyini bildirib və həmçinin vətəndaşlara şəhərin mərkəzindən uzaq durmağı tövsiyə edib.

Hadisə şahidlərinin sözlərinə görə, ən azı 20-25 atəş səsi eşidilib.

# 1317
avatar

Oxşar yazılar